Dostları Baloğlan Əşrəfovun “yeddisini“ gözləmədən çalıb-oxumağa başladılar - Video

Dostları Baloğlan Əşrəfovun “yeddisini“ gözləmədən çalıb-oxumağa başladılar - Video
Cəmiyyət
Oxunma sayı: 89
Əməkdar artist Baloğlan Əşrəfovun koronavirusdan vəfat etməsi səs-küysüz ötüşmədi.
Hələ sağlığında telekanalların birində virusa yoluxduğunu deyən sənətçi maraqlı müzakirələrə səbəb olmuşdu.
Mərhum müğənninin dəfn mərasimi də sakit ötüşmədi. Belə ki, vida mərasiminə sənət aləmindən çox az adamın qatılması, iştirak etməyənlərin bir çələng bel göndərməməsi ciddi narazılıqlara səbəb oldu.
Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) bu gileyini açıq dilə gətirmiş, mərhumun dostlarını sərt üslubda qınamışdı.
Maraqlı bir məqam isə B.Əşrəfovun sənət dostlarının onun “yeddi”sini gözləmədən çalıb-oxumağa başlaması oldu. Baloğlan Əşrəfovla yaxınlığı ilə seçilən müğənni Əlikram Bayramovun ötən gün qonaq olduğu “7 Canlı” proqramında oynaq mahnı ifa etməsi yenidən müzakirələrə rəvac verdi.
Həmin kadrlar qısa zaman ərzində sosial şəbəkələrdə paylaşılaraq narazılıqlara səbəb olub.
Xatırladaq ki, B.Əşrəfov aprelin 27-i dünyasını dəyişib. O, bir müddət əvvəl yeni növ koronavirus infeksiyasına yoluxmuşdu və öz evində müalicə alırdı.
Həmin görüntüləri təqdim edirik: