Əməkdar artist koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub

Əməkdar artist koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub
Cəmiyyət
Oxunma sayı: 98
Əməkdar artist Nahidə Orucova müğənni Firuzə İbadovanın anasının yasında koronavirusa yoluxduğunu açıqlayıb.
Xəstəlikdən yeni sağalan aktrisa bu barədə “Bizimləsən” proqramında məlumat verib. O qeyd edib ki, yasda qarmon ifaçısından ona virus keçib:
“Firuzə İbadovanın anasının yasına getdim. Orada bir musiqiçi qadın koronavirus idi, hamını yoluxdurdu. Hələ özüm maskada idim. Qarmon ifaçısı Xurma adlı xanım idi. Mənə yaxınlaşıb öpdü, foto çəkdirdi. Bir həftə sonra özü dünyasını dəyişdi”.