Koronaya qarşı 1 həftəlik tətil başladı

Koronaya qarşı 1 həftəlik tətil başladı
Cəmiyyət
Oxunma sayı: 87
Bu gündən mayın 12-dək Gürcüstanda bir həftəlik tətil başlayır.
Hökumətin müvafiq qərarı ölkədə koronavirusun yayılmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlər çərçivəsində ötən ayın əvvəli qəbul edilib.
Tətildən sonra ilk iş günü mayın 13-ü olacaq, belə ki, mayın 12-də Gürcüstanda Müqəddəs Apostol Andrey Pervozvannının xatirə günü qeyd olunur. Həmin gün rəsmi qeyri-iş günüdür.
Qeyri-iş günlərində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım, əczaçılıq, sosial xidmət, qida məhsullarının istehsalı üzrə müəssisələr fəaliyyət göstərəcəklər. Avtomobil, dəmir yolu və hava yolu ilə yük və sərnişin daşınmaları davam etdiriləcək, poçt, kuryer və digər önəmli xidmət sahələri üçün də adi iş günü olacaq.
Qonşu ölkədə artıq ötən gündən ictimai nəqliyyatın hərəkəti mayın 12-dək dayandırılıb, şəhərlərarası avtobus və mini avtobuslar isə fəaliyyət göstərir. Yerli vaxtla saat 21:00-dan 05:00-dək tətbiq olunan komendant saatı qüvvədə saxlanılır. (medicina.az)