Arif Quliyevin vəziyyəti pisləşdi

Arif Quliyevin vəziyyəti pisləşdi
Cəmiyyət
Oxunma sayı: 15
“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.
Bunu “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.
Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:
“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.
Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O,  “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.