Aprel ayında övladlığa verilən uşaqların sayı açıqlandı

Aprel ayında övladlığa verilən uşaqların sayı açıqlandı
Cəmiyyət
Oxunma sayı: 18
Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-i valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-i isə müəssisədən övladlığagötürmə üzrədir.
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.