Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirildi

Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirildi
Cəmiyyət
Oxunma sayı: 73
Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsi keçirilib.
Video-konfrans formatında keçirilən müşavirədə Putin dünyanın aparıcı dövlətlərində milli rəqəmsal valyutaların inkişafı ilə əlaqədar ölkəsinin maraqlarının və Rusiya maliyyə sisteminin təhlükəsizliyinin təmin edilməsindən danışacaqlarını söyləyib: “Bunlar diqqətlə peşəkar düşünməyi tələb edən ciddi məsələlərdir”.
Rusiya Prezidenti müşavirə iştirakçılarına Yaxın Şərqdə, Fələstin-İsrail münaqişəsi və Ukraynada baş verən siyasi proseslərlə bağlı çıxışlardan başlamağı təklif edib. (APA)