Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır" – YENİLƏNİB

Arif Babayevin oğlu: "Atam Türkiyəyə aparılmayıb, Bakıdadır" – YENİLƏNİB
Cəmiyyət
Oxunma sayı: 87
"Arif Babayev Türkiyəyə aparılmayıb, Bakıdadır".
Bunu APA-ya açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.
O, bildirib ki, atasının səhhəti normaldır: "Onun Türkiyəyə aparılması ilə bağlı deyilənlər yalandır, hazırda Bakıdadır. Sadəcə yaxın vaxtlarda müayinə üçün Türkiyəyə aparmağı planlaşdırırıq”.

***9 iyun, saat 23:40
Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.

Həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.
Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.
A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.