Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Nazirlik

Peyvəndin ikinci dozasını 56 günə qədər vurdurmaq olar - Nazirlik
Cəmiyyət
Oxunma sayı: 84
“28 gün ərzində üzrlü səbəbdən ikinci dozanı ala bilməyən şəxslərə 56 gün şans verilir”.
Bunu Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İşçi Qrupun üzvü Nailə Daşdəmirova bildirib.
N.Daşdəmirova qeyd edib ki, Azərbaycanda istifadə olunan vaksinlərin hamısı iki dozalıdır:
“Həmin müddətdə də ikinci dozanı vurdurmayanlar artıq növbəti 6 ay üçün gözləməli olacaqlar”.
Nazirlik rəsmisinin sözlərinə görə, yalnız 18 yaşına çatmayanlar, xroniki ağır xəstəliyi olanlar, hamilə və südverən analar vaksin vurdurmaqdan azaddırlar:
“Bununla yanaşı, epilepsiyanın remissiya dövrü COVID-19 əleyhinə vaksinin vurdurulması üçün əks göstəriş deyil.
Ümumilikdə isə PCR testinin nəticəsi neqativ, qanda yetərincə anticism aşkar olunan şəxslər belə, COVID-19 pasportu almaq üçün mütləq peyvənd vurdurmalıdır".