Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ

Bu il məktəblərdə “Son zəng” keçiriləcək - RƏSMİ
Cəmiyyət
Oxunma sayı: 65
"Bu il məktəblərdə “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edilmişdi və müsbət cavab gəldi: "Yaxın günlərdə şərtlər elan ediləcək. Əslində şərtlər çox sadədir. Açıq havada keçiriləcək və müəyyən say məhdudiyyəti tətbiq olunacaq. Yəqin ki, 100-dən çox məzunu olan məktəblərdə bir neçə hissədən ibarət "Son zəng" tədbirlərinin keçirilməsi planlaşdırılır. Təbii ki, sosial məsafəyə riayət olunması tələb olunacaq".