Bölgələrə avtobuslarla getmək istəyənlərə XOŞ XƏBƏR - RƏSMİ

Bölgələrə avtobuslarla getmək istəyənlərə XOŞ XƏBƏR - RƏSMİ
Cəmiyyət
Oxunma sayı: 51
Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları fəaliyyət göstərəcək.
Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat katibi Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, həmçinin, həmin marşrutlara bilet alarkən sərnişinlərdən COVID-19 pasportu tələb olunmur.
”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”, - Nuridə Allahyarova bildirib.
DANX-ın rəsmisi, həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur. Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər.