Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
Cəmiyyət
Oxunma sayı: 71
İyunun 13-də gözlənilən hava şəraiti açıqqllanıb.
Milli Hidrometeorologiya Xidmətinddən verilən məlumata görə iyunun 13-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-23 isti, gündüz  25-30 isti, Bakıda gecə 20-22 isti, gündüz 27-29 dərəcə isti olacaq. 
Atmosfer təzyiqi  normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən  hava şəraiti Mülayim şimal-qərb küləyi əsəcək. 
Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz 
İyunun 13-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, 
bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.