İlham Əliyev və xanımı akademikin dəfn mərasiminə əklil göndərdi

İlham Əliyev və xanımı akademikin dəfn mərasiminə əklil göndərdi
Cəmiyyət
Oxunma sayı: 74
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, AMEA Fizika İnstitutunun Molekulyar spektroskopiya laboratoriyasının müdiri Çingiz Qacarın dəfn mərasiminə əklil göndərib.
Sabahnews.az xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabandakı məzarı üzərinə qoyulub.
Qeyd edək ki, Ç.Qacar bu gün 92 yaşında vəfat edib.