Olimpiya Oyunları təxirə salına bilər? - Açıqlama

Olimpiya Oyunları təxirə salına bilər? - Açıqlama
Cəmiyyət
Oxunma sayı: 78
Yay Olimpiya Oyunlarının keçirildiyi Yaponiyada koronavirusa yoluxanların sayı artıb.
Say artmasından sonra Tokio-2020 yarışının təxirə salına biləcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb. Azərbaycan Nümayəndə heyətinin rəhbəri Fərid Mansurov isə verdiyi açıqlamada bunun mümkünlüyündən danışıb:
“Bu qərarı Tokio-2020-nin təşkilat komitəsi verəcək. Düzdür, yoluxma artarsa, bu mümkündür. Amma hazırki vəziyyət normaldır. Olimpiya kəndində hər şey öz axarında davam edir. İdmançılar məşqlərinə gedirlər və qayıdırlar”.