Polad Həşimovun adına yaradılan parkın açılışı oldu

Polad Həşimovun adına yaradılan parkın açılışı oldu
Cəmiyyət
Oxunma sayı: 74
Bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan parkın açılışı olub.
Tədbirdə Xətai rayon icra hakimiyyətinin nümayəndələri, rayon ziyalıları, qazilər, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova və digər qonaqlar iştirak edib.
Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə quraşdırılıb.