Xalq artistinin xərçəngdən əziyyət çəkən oğlu: “Müayinədən keçməyə pulum yoxdur“

Xalq artistinin xərçəngdən əziyyət çəkən oğlu: “Müayinədən keçməyə pulum yoxdur“
Cəmiyyət
Oxunma sayı: 76
Mərhum Xalq artisti Eldəniz Zeynalovun oğlu ağır xəstəliyə düçar olub.
Məmməd Zeynalov böyrək çatışmazlığından və ağ ciyər xərçəngindən əziyyət çəkir. Məmməd bildirib ki, 6 ildir dializə gedir:
"İki böyrəyim də işləmir. Əgər bir böyrək köçürülsə, bəs edəcək. Yeni müyainələrdə isə ağ ciyər xərçəngi olduğum ortaya çıxdı. İndi bacım və həyat yoldaşım mənə baxır. Onlardan başqa heç kimim yoxdur.
Xərçəngə görə müayinədən keçməliyəm. Həmin aparata düşmək isə min manatdır".
Məmməd maddi sıxıntı yaşadığını, yardıma ehtiyacı olduğunu bildirib.