Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO

Vətən Müharibəsi iştirakçılarına BNA-da vəzifə verildi - VİDEO
Cəmiyyət
Oxunma sayı: 72
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi (BNA) də qoşulub.
BNA-dan verilən məlumata görə, Agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub.
Eyni zamanda məlumat üçün qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin 16 nəfər əməkdaşı da 44 günlük Vətən müharibəsində iştirak edib.