Bakıda "Maşın bazarı"nda özünü partladan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB

Bakıda "Maşın bazarı"nda özünü partladan şəxsin kimliyi MƏLUM OLDU - YENİLƏNİB
Cəmiyyət
Oxunma sayı: 33
Bakıda özünü qumbara ilə partladan şəxsin kimliyi məlum olub.
Report xəbər verir ki, həmin şəxs Mingəçevir şəhər sakini Museyb Ələsgərovdur.
***
16:40
Bakıda axtarışda olan şəxs özünü qumbara ilə partladıb.
Hadisə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Maşın bazarı” adlanan ərazidə qeydə alınıb.
Axtarışda olan şəxs “Maşın bazarı” adlanan əraziyə gələrək özünü partlatmaq istəyib.
Həmin şəxs zərərsizləşdirilən zaman o, qumbaranı işə salaraq özünü partladıb.
Hadisə zamanı üç nəfər polis əməkdaşı da xəsarət alıb.
Hazırda hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb olunub.