“Heç bir həkimimiz koronavirusa yoluxmayıb“ - “Semaşko“nun direktoru
Cəmiyyət
Oxunma sayı: 74
Xəbər verdiyimiz kimi, Bakıda Kliniki Tibbi Mərkəzdə dörd həkimin koronavirusa yoluxması barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bu barədə Bakupost.az -a açıqlama verən xəstəxananın direktoru Könül Ələkbərov yayılan məlumatların doğru olmadığını bildirib: “Xəstəxanamızda eyni vaxtda 4 nəfər həkimimizin koronavirusa yoluxması və onlardan birinin vəziyyətinin ağır olması xəbərləri tamamilə yalandır. Heç bir həkimimiz koronavirusa yoluxmayıb”.