Sülhməramlıların komandanı dəyişir - Anaşkin gəlir...

Sülhməramlıların komandanı dəyişir - Anaşkin gəlir...
Cəmiyyət
Oxunma sayı: 14
Qarabağdakı rusiyalı sülhməramlıların komandanı yenidən dəyişir.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, Mixail Kosobokovun yerinə Gennadi Vladimiroviç Anaşkin gətirilir. General-leytenant Anaşkinin rəsmi təyinatı sabah elan ediləcək.
Gennadi Anaşkin 1968-ci ildə Samarada anadan olub. Ayrı-ayrı vaxtlarda Almaniya, keçmiş Yuqoslaviya, Bosniya və Hersoqovina, Çeçenistanda xidmət edib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandiri Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.