Bakı məktəbində etiraz - Şagirdlər DƏRSƏ GƏLMİR (FOTOLAR)

Bakı məktəbində etiraz - Şagirdlər DƏRSƏ GƏLMİR (FOTOLAR)
Cəmiyyət
Oxunma sayı: 17
Bakı şəhəri, Nəsimi rayonunda yerləşən 211 saylı orta məktəbin üçüncü sinif şagirdləri dərsə gəlməkdən imtina edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir. Belə ki, əvvəlki illərdə səhər növbəsində dərsə gələn şagirdlərin yeni tədris ilindən saat 15:00-da övladlarını məktəbə gətirməkdən imtina ediblər. Valideynlər bildiriblər ki, övladları birinci növbəyə qaytarılmayına qədər onları dərsə gəlməyə qoymayacaqlar:
"Altıncı sinifləri səhər növbəsinə salıblar, üçüncü sinifləri isə günorta növbəsinə. Hər gün axşam 7-8 arası uşaqlarımızı məktəbdən götürməli oluruq. Hesab edirik ki, ikinci növbəyə yuxarı sinif şagirdləri salınmalıdır".
Bakı məktəbində etiraz- Şagirdlər DƏRSƏ GƏLMİR (FOTOLAR)

Bakı məktəbində etiraz- Şagirdlər DƏRSƏ GƏLMİR (FOTOLAR)