Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb

Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb
Cəmiyyət
Oxunma sayı: 120
Səhhətində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilən Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin vəziyyəti yaxşılaşıb.
Bunu Report-a açıqlamasında Xalq artistinin oğlu Yaşar Babayev deyib.
O bildirib ki, hazırda Mərkəzi Klinik Xəstəxanada sinir sistemi ilə əlaqədar müalicə alan 83 yaşlı xanəndənin səhhətindəki problemlər tədricən aradan qaldırılır: "Müalicəsi davam edir. Həkimlər deyir ki, bir neçə günə xəstəxanadan evə buraxılacaq".