Bakı-Sumqayıt avtomobil yolunun Sumqayıt şəhərindən keçən hissəsində yolun bağlanması sürücülərə əlavə problemlər yaradıb.
Hazırda Sumqayıta getmək istəyən sürücülər alternativ olaraq Saray qəsəbəsindən keçən avtomobil yolundan istifadə edirlər. Yolun yüklənməsi yüzlərlə avtomobilin iştirakı ilə tıxac yaradıb və demək olar ki, hərəkət iflic olub.