"Gilavar" şadlıq sarayının rəhbərliyi CƏRİMƏLƏNDİ

"Gilavar" şadlıq sarayının rəhbərliyi CƏRİMƏLƏNDİ
Cəmiyyət
Oxunma sayı: 109
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində aidiyyəti dövlət orqanları ilə birgə reydləri davam etdirir.
AQTA-dan verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında fəaliyyət göstərən “Gilavar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub. Yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.