"Şükür Həmidov hərbçilərimiz və gənc nəsil üçün nümunədir" - Prezident

"Şükür Həmidov hərbçilərimiz və gənc nəsil üçün nümunədir" - Prezident
Cəmiyyət
Oxunma sayı: 88
"Bu gün bu şanlı Qələbədən danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim Qəlbimizdə əbədi yaşayacaq".
Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini vurğulayan dövlət başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.