"Optimal Elektroniks" karantin qaydalarını POZDU

"Optimal Elektroniks" karantin qaydalarını POZDU
Cəmiyyət
Oxunma sayı: 12
"Optimal Elektroniks" MMC barəsində karantin qaydalarının pozulmasına görə inzibati qaydada protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.
İş hakim Günay Cavadovanın icraatındadır.
Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, "Optimal Elektroniks" MMC elektrik malları və məişət əşyalarının satışını həyata keçirir. /Unikal/