Siyasi məhbuslara işgəncədə təqsirləndirilən ərəb general İnterpola rəhbər təyin edildi

Siyasi məhbuslara işgəncədə təqsirləndirilən ərəb general İnterpola rəhbər təyin edildi
Cəmiyyət
Oxunma sayı: 14
İnterpolun Baş Assambleyasının 160 ölkə nümayəndəsinin iştirakı ilə İstanbulda keçirilən 89-cu sessiyasında Birləşmiş Ərəb Əmirliklərindən olan general-mayor Əhməd Nasser əl-Raisi İnterpolun prezidenti seçilib.
Bu barədə təşkilat özünün “Twitter” hesabında məlumat yayıb.
Onun təyinatı bir sıra Avropa insan haqları təşkilatları tərəfindən tənqid edilib. Əmirlik generalı ölkəsində siyasi məhbuslara işgəncə verilməsində iştirakda ittiham olunur. Türkiyə və Fransadan siyasi sığınacaq almış şəxslər ona qarşı iddialar qaldırıblar.
Xatırladaq ki, İnterpolun prezidenti postunu 2018-ci ildən Cənubi Koreyadan olan Kim Çen Yanq tutur.
Qeyd edək ki, İnterpol - Beynəlxalq Cinayət Polisi İdarəsi beynəlxalq cinayət polisi komissiyası kimi 1923-cü ildə Vyanada yaradılıb.