Rəşad Tağıyev Şəmkirdə idarəetmə itirib – köhnələrə ehtiramını bildirən kadrlar

Rəşad Tağıyev Şəmkirdə idarəetmə itirib – köhnələrə ehtiramını bildirən kadrlar
Cəmiyyət
Oxunma sayı: 130
"Rəşad Tağıyevin Şəmkirə başçı təyin olunmasından sonra bir müddət gözlədik ki yeni başçı ciddi dəyişikliklər edəcək, rayonda yığılıb qalmış çox gərgin siyasi mühiti yumşaldacaq. Lakin Rəşad Tağıyev hələ də yumşaq desək tərpənmək fikri yoxdur. Vətəndaş qəbullarının keçirilməməsi, candərdi keçirilən vaxtlarda isə sadəcə vətəndaşları “yola verməsi” artıq insanların səbrini tükətməkdədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Xatırladaq ki, buna qədər də Şəmkirdə yeni başçının köhnə əhvalından xəbər verən faktları ictimailəşdirmişdik: Şəmkirdə maraqlı KADR TƏYİNATLARI... – İdarəetmə köhnələrin əlində

Yeni göndərilən məqalədə daha sonra deyilir: "İdarəetməni təşkil edəcək kadrların səriştəsizliyi, savadsızlığı nəticəsində rayonun Aşağı Seyfəli kəndində Şəhid Təbriz Namazovun anım mərasimində polislə şəhid ailələri, vətəndaşlar arasında ciddi qarşıdurma yarandı. Həmin vaxt orada tədbiri təşkil etməli olan şəxslərin loyal münasibəti idi, şəhid ailələrinə qarşı diqqətsizliyi idi ki, tədbirdə ciddi toqquşma yarandı.

Rəşad Tağıyevi bacarıqsız, savadsız, qabiliyyətsiz kadrlarla işləməyə vadar edən nədir ?!


Hər kəsə məlumdur ki, Alimpaşa Məmmədov Şəmkir rayonuna rəhbərlik etdiyi 2014 2021 ci illər ərzində rayonda qohum-əqraba, dost tanış hakimiyyəti qurmuşdur. Bunun təsdiqi isə Şəmkir Səbəti Bazarının bir zamanlar DTX da işləyən oğlu Adil Adilzadənin adına rəsmiləşdirməsi oldu. Lakin Alimpaşa Məmmədov əməlləri tək bununla bitmədi. Özünün yaxın qohumu olan ( deyilənə görə baldızı qızı ) Rəfiyeva Günay Miraslan qızını icra hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində kadrlar üzrə baş məsləhətçi təyin etməklə icra hakimiyyətinin daxilində gedən bütün prosesləri anında votsappla Günay xanım “cənab başçıya” ötürürdü. MARAQLISI İSƏ BUDUR...

Alimpaşa Məmmədovun hakimiyyəti dövründə “SİZ MƏNİM MƏNƏVİ ATAMSINIZ” deyən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elgün Seyidov bu gün də öz “ayı xidmətlərini” göstərməkdədir. Günay Rəfiyevanı çox gizlin bir formada gizlətməyi bacarmış Elgün Seyidovun, öz “övladlıq” borcunu yerinə yetirir. Rəşad Tağıyev isə bu məlumatlardan nəticətə çıxarmaqla, ya özünü xilas etməlidir belə kadrlardan, ya öz sələfinin aqibətini yaşayaraq, sosial şəbəkələr fenomeni olmağa hazır olmalıdır".