Bu ərazilərdə dekabrın pensiyaları ödənildi

Bu ərazilərdə dekabrın pensiyaları ödənildi
Cəmiyyət
Oxunma sayı: 23
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyalarının ödənişi həyata keçirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumatda bildirilir ki, həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək.
Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.