Məktəbdə qalmaqal yaradan şagirdin sinifdəki intizamsız görüntüləri yayılıb - VİDEO

Məktəbdə qalmaqal yaradan şagirdin sinifdəki intizamsız görüntüləri yayılıb - VİDEO
Cəmiyyət
Oxunma sayı: 105
Paytaxtdakı 282 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdinin nizam-intizam qaydalarını kobud şəkildə pozması haqqında məlumat vermişdik.
Sözügedən şagirdin sinifdə intizamsız davranışlarının əks olunduğu görüntülər yayımlanıb.
Sosial şəbəkələrdə yayılmış həmin kadrları təqdim edirik:

Qeyd edək ki, sözügedən şagirdin Bakı şəhər 282 saylı məktəbdə nizam-intizam qaydalarının kobud şəkildə pozaraq, qız uşaqlarını küçə söyüşləri ilə təhqir edən, müəllim və sinif yoldaşlarına xəsarətlər yetirdiyi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.