APA-da baş direktor dəyişdi

APA-da baş direktor dəyişdi
Cəmiyyət
Oxunma sayı: 255
APA Media Holdinqində ciddi dəyişiklik baş verib.
Holdinqin idarə heyətinin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.
Nurşən Quliyevin yerinə baş redaktor vəzifəsinə isə Fərid Mirzəyev gətirilib.
Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu göstərib.
Qeyri-rəsmi bilgilərə görə isə V. Mahirqızının ümumiyyətlə holdiqndən uzaqlaşdırıldığı bildirilsə də, hazırda o öz kabinetində işinin başındadır. (Bakupost.az)