Xərçəng xəstəliyindən əziyyət çəkən dörd yaşlı Cəfərin sizin köməyinizə ehtiyacı var - FOTO

Xərçəng xəstəliyindən əziyyət çəkən dörd yaşlı Cəfərin sizin köməyinizə ehtiyacı var - FOTO
Cəmiyyət
Oxunma sayı: 249
Dörd yaşlı Cəfər Hüsənlinin sizin köməyinizə ehtiyacı var.
Bu barədə uşağın atası Elşad Hüsənli məlumat verib.
Bildirilib ki, Cəfər ağır qan xərçəngindən (leykoz) əziyyət çəkir:
“4 yaşlı oğlumda dekabrda xəstəlik aşkarlanıb. Hazırda onun vəziyyəti ağırdır. Cəfər Türkiyənin “Göztəpə Medicalpark Klinikası”nda müalicə alır. Maddi vəziyyətimiz yaxşı olmadığı üçün xalqımızdan kömək istəyirik. Qısa müddət ərzində oğlumun sağlamlığına qovuşması üçün yardım edən xeyirxah insanların dəstəyi ilə 40 min dollar pul yığılıb. İlik nəqli üçün bizə 120 min dollar lazımdır. Hazırda 80 min dollar əskiyimiz var”.
Ailə ilə əlaqə saxlamaq üçün telefon nömrəsi: (+994) 51 658 02 10.