On gün sonra tapılan iki yaşlı uşaqdan XƏBƏR VAR

On gün sonra tapılan iki yaşlı uşaqdan XƏBƏR VAR
Cəmiyyət
Oxunma sayı: 7 023
"On gün sonra tapılan iki yaşlı uşaq və qardaşları ilə bağlı sığınacaqda reabilitasiya işləri davam etdirilir”.
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, uşaqların psixoloji durumları ilə bağlı zəruri prosedurlar həyata keçirilir:
"Bu proseslər müəyyən zaman tələb edir. Bu dövr başa çatdıqdan sonra digər məsələlərə də baxılacaq. Ailənin vəziyyəti, valideynlərin durumu qiymətləndiriləcək. Yekun olaraq uşaqların ailəyə qaytarılması və ya alternativ digər variantların gözdən keçirilməsi müzakirə ediləcək”./oxu