Afətlə Ruhi davası: “Sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb”

Afətlə Ruhi davası: “Sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb”
Cəmiyyət
Oxunma sayı: 6 994
Müğənni Afət Fərmanqızı ilə iş qadını Ruhi Əliyeva arasında qalmaqal yaşanıb.
Yenisabah.az xəbər verir ki, Afət Fərmanqızı sosial şəbəkədə R.Əliyevaya səslənib. O, Ruhi Əliyevaya məxsus xəbər saytlarının onu qaralamaqla məşğul olduğunu iddia edib:
“Burdan üzümü tuturam Ruhi Əliyevaya. Zəng vurdum, telefon zənglərimə cavab vermədin. Sənin bir işçin zəng edib ki, eşitmişəm sabah toyundur. Dedim, tutaq ki, mən hansısa günümü qeyd edirəm, buna toy deyirlər? Mənim toy yaşım deyil. Zəng vuran jurnalistə dedim hardan eşitmisən? Dedi ki, naməlum mənbədən. Mən də ona cavab verdim ki, həmin mənbədən eşitmişəm ki, sənin anan ərəb şeyxi ilə Dubaya qaçıb. 
Ruhi xanım, “Pəncü-şeş” mahnım çıxanda sənin saytın məni guya xalqın gözündən salmaq istədi. Xalq buna icazə vermədi. Mənim bir yaxşı işim olmadımı saytda işıqlandırasan?! Nə oldu, söyüləsi məsələlərdə ancaq Afəti ışıqlandırdın?!
Sənin saytına ehtiyacım yoxdur. Heç bir halda saytında məndən yazdırma”.