Qarabağda astronomik stansiya qurulacaq

Qarabağda astronomik stansiya qurulacaq
Cəmiyyət
Oxunma sayı: 7 065
Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq.
APA bildirir ki, bu barədə AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib. O bildirib ki, orada müasir robot teleskopların yerləşdirilməsi, onların Rəsədxanadan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib:
"Bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq".