20 yaşlı azərbaycanlı “qırmızı bülleten”lə axtarılır - SƏBƏB

20 yaşlı azərbaycanlı “qırmızı bülleten”lə axtarılır - SƏBƏB
Cəmiyyət
Oxunma sayı: 6 552
Azərbaycanın hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən Nurlan Bağırovu İnterpol xətti ilə beynəlxalq axtarışa verib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Bildirilib ki, 20 yaşlı Nurlan Bağırov mütəşəkkil dəstə tərəfindən xüsusi amansızlıqla və ya ictimai təhlükəli üsulla törədilmiş adam öldürmə maddəsi ilə təqsirləndirilir.
Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib.