Nazirlik məktəbdə oğurluq etdiyi deyilən direktorla bağlı yoxlama aparır - YENİLƏNİB

Nazirlik məktəbdə oğurluq etdiyi deyilən direktorla bağlı yoxlama aparır - YENİLƏNİB
Cəmiyyət
Oxunma sayı: 6 504
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın oradakı ərzaqları şəxsi maşınına yüklətdirdiyinə dair görüntülər yayılıb. 
Təhsil Nazirliyinin əməkdaşları həmin məktəbə gediblər.
Onlar hazırda məktəbdə yoxlama aparırlar.
***
10:41
Sosial şəbəkələrdə 3 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru Bahar Kərimovanın oradakı ərzaqları şəxsi maşınına yüklətdirdiyinə dair görüntülər yayılıb. 
Artıq direktor Təhsil Nazirliyinə çağırılıb.
Əlavə məlumat veriləcək.