Vilayət Eyvazov yeni rəis təyin etdi

Vilayət Eyvazov yeni rəis təyin etdi
Cəmiyyət
Oxunma sayı: 9 862
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin hərəkətin təşkili şöbəsinə yeni rəis təyin edib.
"Avtosfer.az" xəbər verir ki, bu vəzifəyə polis kapitanı Rüfət Quliyev təyinat alıb.
Qeyd edək ki, o, bundan əvvəl İdarənin YPX Alayının Qərargah rəisi vəzifəsində çalışırdı.
Xatırladaq ki, şöbənin keçmiş rəisi, polis polkovniki Taləddin Axundov isə yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.