Ağdamda içində sərnişin olan maşını sel apardı

Ağdamda içində sərnişin olan maşını sel apardı
Cəmiyyət
Oxunma sayı: 17 725
Ağdamda Xaçınçay çayına gələn sel içində sərnişin olan avtomobili aparıb.
APA-nın yerli müxbirinin xəbərinə görə, çaydan keçmək istəyən "VAZ 2107” markalı avtomobili sel aparıb.
Hadisəni görən İlqar adlı şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.