Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər

Ölkədə qeyri-sabitlik yaratmaq istəyən sosial şəbəkə istifadəçiləri istəklərinə nail ola bilməyəcəklər
Cəmiyyət
Oxunma sayı: 9 740
Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ilk vaxtlar ölkədə ya­ranmış hakimiyyətsizlik, özbaşınalıq, anarxiya , xaos və daxildəki qruplaşma vəziyyəti getdikcə gərginləşdirirdi. Bir tərəfdən də ölkəmizin müstəqilliyini gözü götürməyən anti-Azərbaycan qüvvələr müxtəlif vasitələrlə çaxnaşma yaratmağa çalışır və yenidən respublikamızı hansısa dövlətdən asılı vəziyyətə salmağa cəhd edirdilər. La­kin xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra respubl­kamızda tədricən bütün sahələr üzrə dönüş yarandı. Ulu öndər söz və mətbuat azadlığı, insanların öz fikirlərini sərbəst ifadə etmələri üçün hər şeyi etdi. Həmin dövrdə mətbuat üzərində qoyulmuş senzura ləğv edildi. Ölkədə demokratik prinsiplərin inkişafı diqqət mərkəzində saxlanıldı.
Bu fikirlərin davamında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezi­denti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elman Nəsirov dedi:
– Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə bütün de­mokratik təsisatlar mövcuddur, o cümlədən, söz və mətbuat azadlığı təmin edilib. Əhali internetdən, sosial şəbəkədən sərbəst istifadə edir. Ölkəmizdə yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Onların arasında müstəqil, o cümlədən, müxalifət mətbuatı da kifayət qədər çox­dur. Müstəqil mətbuatın sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ildə bir neçə dəfə maliyyə yardımı göstərilməsi ölkəmizdə söz azadlığına verilən dəyərin göstəricisidir. Heç bir media nümayəndəsi tənqidə, fərqli baxışa görə təqib olunmur və cəzalandırılmır.
Təəssüf ki, bəsi media nümayəndələri bu imkandan öz şəxsi maraqları naminə istifadə edir və mətbuatı qisas mənbəyinə çevirirlər. Etiraf edək ki, bu gün jurnalistukada qeyri- peşəkarların, bu sahəyə yad adamların sayı həddindən artıq çoxdur. Ona görə də belələri nə istəyir yazır və bunu söz azadlığı hesab edirlər. Ancaq düşünmürlər ki, elə məsələlər var ki, on­ları yazanda dəqiqləşdirmə aparılmalı və dövlət sirri olduğundan, ümumiyyətlə, ona toxunmaq olmaz. Hesab edirəm ki, jurnalistlər arasında vaxtaşırı maarifləndirmə aparılmalı, onlara bu peşənin incəlikləri aydınlaşdırılmalıdır.
Son vaxtlar bəzi media nümayəndələri, xüsusilə sosial şəbəkə vasitəçilərə açıq şəkildə reketliklə məşğul olur, insanların heysiyyatı­na toxunur, təhqirlə tənqidi bir- birndən ayıra bilmir, hərbi məsələlərə müdaxilə edirlər. Bu da düşmən dəyirmanına su tökür. Bəzi jurnalistlər və sosial media istifadəçiləri səsləndirdikləri fikirlərin mahiyyətini, incəliklərini bilmədən qəti fikirlər irəli sürürlər. Baş prokuror Kam­ran Əliyevin dediyi kimi, belələri özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Bəzi mürəkkəb məsələlərə elə asanlıqla rəy verir, fikir yürüdürlər ki, bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Ona görə də, belə “jurnalistlər” məsuliyyətə cəlb olu­nanda və barələrində qanunamüvafiq tədbirlər görüləndə yersiz hay-küy salırlar. Ona görə də bu gün jurnalistlər arasında maarifləndirmə işinin aparılmasına ciddi ehtiyac var.
Reketçilik hədə-qorxu ilə pul tələb etmək deməkdir. Bu, tək jurnalistlər arasında olmur. Elə sosial media istifadəçiləri, adlarını blo­ger qoyanlar var ki, onlar bəzi jurnalistlərdən də artıq reketçilik edirlər. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələbetmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir.
Bu gün Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmaqdadaır. Bu, ilk növbədə, dövlət başçımızın həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Təəssüf ki, bəzi bloger və “jurnalistlər” yazdıqları informasi­yalarla ölkəmizin siyasi imicinə də zərbə vurur­lar. Siyasi sahədə informasiya təhlükəsizliyinin təmin edilməsi yaranan problemlər barədə dövlətə xəbərdarlıq səviyyəsinin artırıl­masına birbaşa təsir göstərir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən bir sıra mühüm siyasi-hüquqi tədbirlər həyata keçirilir.
E.Nəsirov daha sonra informasiyanın sistemləşdirilməsi və təhlükələrin qarşısının alınması məsələlərinin qlobal xarakter daşı­dığını bildirdi:
– Bu mövzu Avropada, xüsusən Almaniyada daha aktualdır. Azərbaycan da yerləşdiyi geo­siyasi regionun mürəkkəbliyinə görə, informa­siya təhlükəsizliyinin təmin edilməsi məsələsi çox aktualdır. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin strateji sahələrindən biridir. Xüsusən də İkinci Qarabağ müharibəsi zamanı bu məsələ öz siyasi əhəmiyyətini daha da artır­dı. Azərbaycan həm döyüş meydanında, həm də informasiya məkanında inamlı qələbə qaza­na bildi, Qarabağ məsələsində bütün dünyaya ədalətli mövqe çatdırdı. Müharibə illərində 37 xarici televiziya kanalına, digər media orqanla­rın müsahibə verən Prezident İlham Əliyevin bu sahədə xidmətləri böyükdür. Ölkəni informasiya təhdidləri və təhlükələrindən xəbərdar etmək üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər hüquqi və siyasi xarakter daşıyır. Bu baxımdan, bu prosesi tənzimləyən qanunvericilik baza­sı kimi aşağıdakı qanunları göstərmək olar: “İnformasiya əldə etmək haqqında”, “Dövlət sirri haqqında”, “İnformasiya azadlığı haqqında” qanunlar.
E.Nəsirov sonda qeyd etdi ki, bu mühüm məsələnin həllində bütün dövlət orqanları və vətəndaş cəmiyyəti institutları fəal rol oynayırlar. Xüsusilə, burada bilavasitə milli təhlükəsizliyə cavabdeh olan Dövlət Təhlükəsizliyi Xidmətinin rolunu qeyd etmək lazımdır.
Depitat sosial şəbəkələrdən də söhbət açaraq bildirdi ki, hazırda informasiyanın ya­yılmasında sosial şəbəkələrin rolu əvəzsizdir. Bununla belə, burada çatışmazlıqlar da var. Bəzi siyasi qüvvələr sosial şəbəkələrdən ölkənin inkişafı üçün deyil, daha çox öz eqoist maraqları və məqsədləri üçün istifadə edirlər ki, bunun da əsas məzmunu Azərbaycanda daxili siyasi sabitliyi pozmaqdır. Onlar birdəfəlik dərk etməlidirlər ki, xəyanatkar əməlləri bu dəfə də iflasa uğrayacaq.