YPX əməkdaşı Səfər Mehdiyevin “Gelandewagen”ini saxladı, təhqir olundu: “Nə həyasız adamsan?” - VİDEO

YPX əməkdaşı Səfər Mehdiyevin “Gelandewagen”ini saxladı, təhqir olundu: “Nə həyasız adamsan?” - VİDEO
Cəmiyyət
Oxunma sayı: 6 647
Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.
“Unikal”ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili saxlanılıb.
Bu zaman avtomobildən düşən şəxs Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
O, YPX əməkdaşına: “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?” - sözlərini deyib. 
Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.