Türkiyəyə göndərilən qazilərin sayı açıqlandı

Türkiyəyə göndərilən qazilərin sayı açıqlandı
Cəmiyyət
Oxunma sayı: 8 894
“Bu günə qədər 200-ə yaxın vətəndaş müalicə üçün Türkiyəyə göndərilib və əksəriyyəti Vətənə qayıdıb”.
Bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində yaralanan şəxslərin müalicəsi məhz qardaş ölkənin tibb işçilərinə həvalə edilib.
“İki ölkə arasında inkişaf edən əlaqələr səhiyyə sahəsinə də təsir edir. Bu gün dünya xəritəsinə baxsaq Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa dövlətlər yoxdur”, - T.Musayev söyləyib.
Nazir bildirib ki, istər pandemiya dövründə, istər müharibə dövründə və müharibədən sonrakı müddətdə Türkiyə daim Azərbaycanın yanında olub, haqq işinə dəstək verib.