23 sentyabr tarixində dörd rayonda qaz verilməsi müvəqqəti dəyandırılacaq!!!

23 sentyabr tarixində dörd rayonda  qaz verilməsi müvəqqəti dəyandırılacaq!!!
Cəmiyyət
Oxunma sayı: 7 919
Sabah dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sentyabrın 23-də saat 09:00-dan etibarən işlər başa çatanadək Qax, Zaqatala, Əliabad, Balakən QPS-lərdən, Makov, Cəfərabad, Katex, Aşağı Göynük və Şəki Kərpic zavodu ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

                                                                            SabahNews.az