Mətin Eynullayev rəisi işdən çıxardı - Yeni təyinat

Mətin Eynullayev rəisi işdən çıxardı - Yeni təyinat
Cəmiyyət
Oxunma sayı: 6 586
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi Rauf Qarayev işdən çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Xidmət rəisi Mətin Eynullayev əmr imzalayıb.
M. Eynullayevin digər əmri ilə, Rauf Qarayevin yerinə Səfərov Fəxri Fəxrəddin oğlu təyin olunub.
Qeyd edək ki, F. Səfərov bu təyinatadək Şəmkir Ərazi İdarəsində çalışıb.