Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTO

Yeddi yaşlı Aytən təcili əməliyyat olunmalıdır - FOTO
Cəmiyyət
Oxunma sayı: 6 484
Yeddi yaşlı Qurbanova Aytən Şirin qızı anadangəlmə bud-çanaq oynağının hər iki tərəfli çıxığı xəstəliyindən əziyyət çəkir.
Bu barədə Oxu.Az-a onun anası Yusifova Ülviyyə Sədaqət qızı məlumat verib.
O bildirib ki, övladı yeriyəndə axsayır:
“Aytənin onurğasında lordoz var (anadangəlmə və ya sonradan qazanılmış onurğa əyriliyi, onurğa sütununda bel və omba hissədə olan önə əyrilik. Bu əyriliklər beli şaquli vəziyyətdə tutur, yeriyən, qaçan və tullanan zaman narahatlıq yaradır - red.), əməliyyat olunmalıdır.
Qızımın hər iki bud-çanaq oynağına da implant qoyulmalı idi. Sağ ayağı özəl klinikaların birində əməliyyat edildi. 7 min manat pul ödədik. İndi isə digər ayağı əməliyyat edilməlidir. Bunun üçün də bizə 7 min manat pul lazım idi. Həmin puldan 2 min manatı toplamışıq. Geriyə qalan 5 min manatı xalqımızın dəstəyi ilə toplayacağımıza ümid edirik. Hazırda övladım evdə olsa da, çox əziyyət çəkir. Hər iki ayağı sarğıdadır. Həkim oktyabrın 13-də Aytənin digər əməliyyata girməsi üçün bizə vaxt təyin etsə də, biz hələ də o pulu toplaya bilməmişik. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə nömrəsi: 051 866 99 90