DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı

DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı
Cəmiyyət
Oxunma sayı: 163
Abituriyentlər ixtisas seçimi edərkən diqqətli olmalıdırlar, onlar üçün ixtisas seçimini başqa şəxslər deyil, abituriyent özü etməlidir.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. 
Onun sözlərinə görə, ötən il III qrupdan oğlan Qızlar Univeristetinə qəbul olub və buna görə də DİM-i günahkar bilir: “Həmin şəxs bizə müraciət edərək “görmürsünüz ki, mən oğlanam, niyə məni Qızlar Universitetinə salmısınız” deyərək ittiham edirdi. Ancaq yerləşdirməni biz yox, həmin şəxs özü edir. Onun müəllimi də abituriyentin qəbulu naminə ali təhsil müəssisənin hara olduğunu nəzərə almadan ixtisas seçimi etmişdi. Amma ümumən Qızlar Universitetində oğlanların oxuması üçün qadağa yoxdur. Sadəcə olaraq, bu universiteti adətən, qızlar seçirlər”.