Metro açılırsa, ekspres xətt avtobusları işləməyəcək? - AÇIQLAMA

Metro açılırsa, ekspres xətt avtobusları işləməyəcək? - AÇIQLAMA
Cəmiyyət
Oxunma sayı: 163
Bakı metropolitenində sərnişindaşımaları bərpa olunsa da, mövcud epidemioloji vəziyyət və çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək.
Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
M.Ağayevq eyd edib ki, ekspres xətlər üzrə avtobuslar əvvəlcədən müəyyən olunan qaydada sərnişinlərin xidmətində olacaq:
“Bu xətlər üzrə avtobusların sayı isə sərnişin tələbatına uyğun olaraq tənzimlənəcək.
Ekspres xətlərin sonrakı fəaliyyəti aparılan təhlillər və sərnişindaşımalara dair statistik məlumatlar əsasında müəyyən ediləcək. Bu zaman vətəndaşlardan daxil olan müraciətlər də mütləq qayadada nəzər’ alınacaq”.   
Onun sözlərinə görə, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 12-i saat 00:00-dan sentyabrın 14-ü saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.