Çingiz Məkkəyə getdi

Çingiz Məkkəyə getdi
Cəmiyyət
Oxunma sayı: 785
Müğənni Çingiz Mustafayev müsəlman aləmində müqəddəs sayılan torpaqlara yola düşüb.
Sənətçi Məkkəni ziyarət edib və oradan foto-videoları instaqramda paylaşıb.
“Uşaqlıq dönəmlərimdə Məkkəni ancaq şəkillərdə görürdüm. Hətta rayondakı evimizdə də divarda Məkkənin fotosu var idi. Bu müqəddəs torpaqlara ayaq basdığım üçün özümü çox şanslı və xoşbəxt hiss edirəm. Kəbəyə yaxınlaşmağa başlayanda içimdən heç vaxt hiss etmədiyim və heç vaxt təkrar olunmayacaq hisslər keçirdim.
Sanki ürəyim lotos gülü kimi açılmağa başladı. Hətta bir anlıq qorxu gəldi içimə, elə bildim özümdən gedəcəm. Ruhum bədənimi tərk edəcək. Allah hər kəsə bu gözəl hissləri yaşamağı nəsib etsin”, - deyə, Mustafayev bildirib.