Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi

Ceyhun Bayramov Ermənistana xəbərdarlıq etdi
Cəmiyyət
Oxunma sayı: 5 714
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib.
Nazir jurnalistlərə açıqlamasında Ermənistanın Laçın dəhlizindən razılaşmalara zidd formada istifadə etdiyini bildirib.
"Üçtərəfli bəyanata əsasən dəhlizin prinsipləri və istiqamətləri var. Ancaq dəhliz buna zidd olaraq istifadə edilir. Buna son qoyulmalıdır. Azərbaycan tərəfi bütün lazımi addımları atacaq. Bununla bağlı həm beynəlxalq müstəvidə, həm də digər tərəfdaşlarla danışıqlarımız davam edəcək”, - deyə XİN rəhbəri vurğulayıb.