Türk aktyorlar Bakıya gəldilər

Türk aktyorlar Bakıya gəldilər
Cəmiyyət
Oxunma sayı: 7 258
Ötən gün Bakıda “Çakallarla dans 6” filminin təqdimatı olub.
Paytaxtda baş tutan premyeraya ekran işinin aktyorları da qatılıb. Onların sırasında Didem Balcin, Hakan Bilgin, Murat Akkoyunlu və filmin rejissoru Murat Şeker olub. Onlar həm də Bakını gəzərək buradan fotoları instaqramda paylaşıblar.
Qeyd edək ki, sözügedən filmdə İlker Ayrık, Timur Acar və Şevket Çoruh da rol alır.