“Anam şəmkirlidir” - İngiltərənin makiyajsız gözəli

“Anam şəmkirlidir” - İngiltərənin makiyajsız gözəli
Cəmiyyət
Oxunma sayı: 7 257
İngiltərənin Azərbaycan əsilli makiyajsız gözəli kimi populyarlıq qazanan Melisa Rauf “BBC Azərbaycanca”ya müsahibə verib. 
Makiyajsız gözəl anasının şəmkirli, atasının isə Cənubi azərbaycanlı olduğunu bildirib. Melisa bildirib ki, mətbuatda onun barədə xəbər yayıldıqdan sonra İran və Azərbnaycandan mesajlar alıb:
“Qadınlar mənə yazırdılar ki, çox sağ ol, səninlə fəxr edirik. Çoxlu dəstək, müsbət münasibət gördüm. Bu, məni qürurlandırır ki, mənim köklərimin olduğu ölkələrdən olan qadınlar mənimlə fəxr edir, mənə dəstək olurlar”.
Bundan əlavə, Melisa ailəsi ilə tez-tez Azərbaycana gəldiyini qeyd edib:
“Kiçik yaşlarımdan anam, ailəmlə Azərbaycana gedirəm. Nənəmə baş çəkirəm. Nənə-babamı görürəm, qohumlarımla görüşürəm. Anam əslən Şəmkirdəndir. Orada çoxlu qohumlarım var. Bakını çox sevirəm. Bakı mənim ürəyimdir. Olduğum ən gözəl yerlərdən biridir”.
Qeyd edək ki, Melisa Rauf  “Miss England” gözəllik müsabiqəsində “Face Top Model” nominasiyasının qalibi olub.